Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-25 13:30:36
Daha bir universitetdə dərslər dayandırıldı

Bakıda keçiriləcək "Formula 1" üzrə SOCAR Azərbaycan Qran-Prisi ilə əlaqədar sabah Azərbaycan Dövlət İqtisad Universitetinin əsas tədris binasında dərslər dayandırılacaq. 

Bu barədə UNEC-in mətbuat xidmətindən AzEdu.az-a bildiriblər. 

Məlumatda qeyd olunur ki, ali məktəbin digər tədris binalarında isə dərslər davam etdiriləcək.

Qeyd edək ki, "Formula 1" üzrə SOCAR Azərbaycan Qran-Prisi 26 - 28 aprel tarixlərində keçiriləcək. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları