Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-08 15:31:35
Buradakı tədris paytaxt  universitetlərindən yaxşıdı, rüşvət tamam yığışdırılıb” – Bölgələrdəki tələbələrimiz

Göz önündəki paytaxt universitetlərində təhsildən az-çox xəbərdarıq. Rayonlardakı ali məktəblərindən isə o qədər də məlumatımız yoxdur.

AzEdu.az bu səbəbdən bögələrdə ali təhsil alan tələbələr arasında sorğu keçirərək, regionlarda yerləşən universitetlərdəki vəziyyəti öyrənməyə çalışıb: 

Mingəçevir Dövlət Universitetinin III kurs tələbəsi Elçin Cəfərov -O, MDU-da bəzi çatışmazlıqların olduğunu deyir:

“Hazırda MDU-da oxusam da, abituriyent olarkənəsas istəyim UNEC və Bakı Dövlət Universitetində oxumaqidi. Həm topladığım bala, həm də ödənişin azlığınagörəMDU-nuseçməli oldum.

Burda təhsil pis olmasa da bəzi çatışmazlıqlar var: tələbələrin sayı günü-gündən tələbələrin sayı artır, bina isə kifayət qədər böyük deyil”.

Gəncə Dövlət Universitetinin III kurs tələbəsi Nihad Abbasov -O, GDU-nu yaşadığı Samux rayonuna yaxın olduğu üçün seçib:

“GDU-dakı təhsilpaytaxt ali məktəbləri  ilə demək olar ki, eyni səviyyədədir. Universitetdə təzətikilmiş kitabxana, oxu zalı var və tələbələr onlardan istədikləri kimi istifadə edə bilirlər.

Əslən, Samuxdanam, evimə yaxın olduğu üçün bu universiteti seçdim. Abituriyent vaxtından elə GDU-da oxumaq arzusunda idim və arzuma da çatdım”.

“Naxçıvan” Universiteti I kurs tələbəsi Əli Hümbətov -O, NU-nun paytaxt universitetlərindən geri qalmadığını deyir: 

“Qəbul imtahanında topladığım bala uyğun NU-nu seçdim.  Burda təhsil paytaxt universitetlərindən heç də geri qalmır. Hətta bəzilərində üstün xüsusiyyətləri də var.  Bizdərəsmi forma tətbiq olunur. Tələbə istədiyi kimi geyinə bilməz. Daha sonra, imtahanlar kompüterlə keçirilir.

Əslinə qalsa, orta məktəbi 2012-ci ildə bitirmişəm. Ya Bakı Dövlət Universiteti, ya da,“Naxçıvan” Universitetində oxumaq istəyirdim. Həmin il imtahan verdim, alınmadı. Bir müddət sonra yenidən cəhd elədim və qəbul oldum”.

Bakı Dövlət Universitetinin Qazax filialının V kurs Faiq Kazımov:

“Qazaxda ali təhsil almaq ağlıma belə gəlməzdi. Buranı topladığım bala uyğun seçməli oldum.Xəyalımda, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya müəllimliyi idi. İstədiyim ixtisasa yiyələndim, amma başqa universitetdə.

Bəzi çatışmazlıqlar olsa da təhsillə bağlı elə bir problem yoxdu.  Vüsət Əfəndiyevin dövrünə qədər universitetdə rüşvətxorluq var idi. İndi hər şey qaydasındadır.

Hazırda Qazaxın məktəblərində təcrübə keçirik. Bütün tələbələr də dərsə məsuliyyətlə yanaşır”. 

Lənkəran Dövlət Universiteti I kurs Seymur Babayev - O, oxuduğu universitetin həm müsbət, həm də mənfi cəhətlərindən danışdı:

“Universitetə hazırlaşanda əsas məqsədim Azərbaycan Dövlət Pedaqoji Universitetində oxumaq idi. Topladığım bala uyğun olaraq, LDU-nu seçməli oldum.

Universitetlə ümumi təhsil, imtahanla bağlı isə elə bir problem yoxdu. Təhsil hazırda əksər rayon və paytaxt ali məktəblərindən daha yaxşıdır. Xüsusilə də son 3 ildə, yeni rektor gəldikdən sonra rüşvət tamamilə ləğv olundu, imtahanlar şəffaflaşdı. Daha sonra, mühazirə yoxdu. Dərslər projektorla  yüksək səviyyədə keçilir.

Bu semestrdən etibarən  bir sıra dəyişikliklər də edildi. Məsələn, kollekviumların sayı 3 oldu. Beləcə  tələbələr  imtahana kimi sualların 70-80%-ni bilirlər. İmtahan prosesimiz yazılı olur”.

Rəna Nəbi