Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-29 15:50:00
Müddətsiz əmək müqaviləsi imzalayacaq müəllimlərdən DQ balı tələb olunacaq? –Rəsmi cavab  

Respublikanın ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə təşkil edilən müsabiqədə müəllimlərin Diaqnostik Qiymətləndirmədə topladığı bal əhəmiyyətli deyil.

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin “Təməl” verilişində  Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin müdiri Eşqi Bağırov bildirib.

Məlumatda qeyd olunub ki, sözügedən müsabiqələrdə 2017-2018-ci və 2018-2019-cu tədris illəri üçün  keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər  üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə  işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər.

Qeyd edək ki, Respublikanın ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə yeni müsabiqəyə start verilir. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsabiqədə iştirak etmək istəyən namizədlər cari ilin 1-5 aprel tarixlərində http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər.