Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-22 10:00:00
“Wikipedia”nın alman dili versiyası 24 saatlıq offline rejimə keçib  

“Wikipedia” beynəlxalq elektron ensklopediyasının alman dili versiyası Avropa İttifaqı tərəfindən nəzərdə tutulan müəlliflik hüququ üzrə islahatlara etiraz olaraq 24 saatlıq offline rejimə keçib.

AzEdu.az  xəbər verir ki, “Wikipedia” saytında alman dilində axtarış aparılarkən, yalnız vikipediyaçı müəlliflərin ictimaiyyətə müraciətinə rast gəlmək mümkündür. Həmin müraciətdə müəlliflər internet məkanında ifadə, incəsənət və media azadlığının ciddi şəkildə məhdudlaşdırılmasına qarşı çıxırlar. Müraciətdə islahatların əsas tərkib hissəsi olan upload-filter və materiallarından istifadəyə görə mətbu nəşrlərə rüsumun ödənilməsi tənqid edilir və internet istifadəçiləri Avropa Parlamentində təmsil olunan deputatlara məktub yazmağı, nümayişlərə çıxmağa və qarşıdan gələn Avropa seçkilərində fəallıq göstərməyə çağırılır.

İslahatlarda nəzərdə tutulan məhdudiyyətlər “Wikipedia”ya şamil edilməsə də, bu platformanın sahibi olan Wikimedia şirkəti onu azad internetə qarşı zərbə kimi dəyərləndirir. Artıq Avropanın bir sıra şəhərlərində müəlliflik hüquqları ilə bağlı islahatlara qarşı etiraz mitinqlərinin keçiriləcəyi gözlənilir.