Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-02 13:00:00
Nobel mükafatı alan rus alim vəfat etdi

Rusiyanın dünya şöhrətli alimi, Nobel mükafatı laureatı, akademik Jores Alfyorov 88 yaşında vəfat edib.

AzEdu.az  xəbər verir ki,  bu barədə alimin həyat yoldaşı Tamara Darskaya məlumat verib.

Jores Alfyorov Nobel mükafatına 2000-ci ildə yarımkeçirici texnikalar sahəsində tədqiqatlarına görə layiq görülüb. O, Rusiya tarixində Nobel mükafatı almış dörd nəfərdən biridir. Alim, həmçinin Rusiya Dövlət Dumasının altı çağırış deputatı olub.