![](https://azedu.az/uploads/news/2019/01/azedu.az_mektebin_dami_554546815477877701548220774_492.jpg)
“Cari ilin yanvarın 17-si və 18-i respublika ərazisində hava şəraitinin kəskin pisləşməsi və əsən güclü külək nəticəsində paytaxtdakı bəzi məktəblərinin dam örtüyünə, qapı-pəncərələrinə, fasadına, ərazisindəki ağaclara ziyan dəyib”.
AzEdu.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, müvafiq qurumlar tərəfindən operativ şəkildə zəruri tədbirlər görülüb.
“Belə ki, bir sıra problemlər aradan qaldırılmış, digərləri isə hazırda həllini tapmaqdadır. Onu da qeyd edək ki, güclü külək nəticəsində Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 188 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Hadisə baş verdikdən dərhal sonra ərazi nəzarətə götürülüb”.
İdarədən əlavə olaraq adıçəkilən məktəbdə dərslərin normal qaydada davam etdirildiyi də deyilib.
“Məktəbin ərazisi və ətrafı dam örtüyünün qopan hissələrindən təmizlənib, müvafiq təhlükəsizlik tədbirləri görülüb. Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən dərhal təmir işlərinə başlanıb. Təmir işlərinin təxminən 75-80 faizi həyata keçirilib. Yaxın günlərdə işlərin tam başa çatdırılması planlaşdırılır. Hazırda məktəbdə tədris prosesi normal şəkildə davam edir”.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)