Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-20 12:42:21
Masallıda 94 məzun fərqlənmə attestatı alıb

Masallıda 94 məzun fərqlənmə attestatı alıb.

 

Bu barədə AzEdu.az-a Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, 2023-2024-cü tədris ili üzrə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində IX və XI sinfi bitirən məzunlara attestatlar təqdim olunub. 

 

Qeyd edək ki, bu il Masallı rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX siniflərini 2629, XI siniflərini isə 1779 nəfər bitirib. Onlardan ümumi orta təhsil səviyyəsi üzrə 25, tam orta təhsil səviyyəsi üzrə isə 68 nəfər təhsilini fərqlənmə attestatı ilə başa vurub. Eyni zamanda məzunlardan bir nəfəri tam orta təhsili qızıl nişanla bitirib.