Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-17 09:50:00
“Ədəbiyyat fənni ən azı bir başqa  qrupa da salınmalıdır” – Bölgə müəllimindən təklif  

“Son illərdə  şagirdlərdə Ədəbiyyata maraq kəskin şəkildə azalıb. Qəbul proqramının V-XI sinifləri əhatə etməsi nəticəsində şagirdlər ədəbiyyatı yaxşı mənimsəməyə çalışacaqlar. Bundan əlavə, Ədəbiyyat qəbul imtahanlarında ən azı bir qrupa daha salınsa, fənnin daha çox öyrənilməsinə şərait yaranacaq”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı İsmayıllı rayon İstisu kənd orta məktəbinin Azərbaycan dili və Ədəbiyyat müəllimi Məcid Musayev deyib. Onun sözlərinə görə, Ədəbiyyat fənnindən qəbul proqramının artırılması yerində verilən qərardır:

“Şagirdlərdə son illərdə ədəbiyyata maraq kəskin şəkildə azalıb. Qəbul proqramının V-XI sinifləri əhatə etməsi nəticəsində şagirdlər ədəbiyyat fənnini daha yaxşı mənimsəməyə çalışacaqlar.

Ədəbiyyat qəbul imtahanlarında ən azı bir qrupa  salınsa, fənnin daha çox öyrənilməsinə şərait yaranacaq”.

Müəllim qeyd edib ki, bu addım şagirdlərin ədəbiyyata olan marağını artıracaq:

“Şagirdlər ümumən proqramı V sinifdən keçməyə başlayacaqlar. Bu, hər sinifdə yaxşı oxuyan şagird üçün heç bir çətinlik yaratmayacaq. Yalnız XI sinifdə oxumaq qərarına gələn abituriyentlər üçün problemlər yaranacaq.  

Düşünürəm ki, proqram əvvəlkindən daha rahat olub. Müəllim olduğuma görə belə fikirləşə bilərəm. Ancaq zənnimcə, həqiqətən də yeni proqram daha asan olacaq”

Xatırladaq ki, Ədəbiyyat üzrə qəbul proqramı V-XI sinif dərsliklərini əhatə edir. Qəbul qaydaları rəsmi təsdiqini tapdıqdan sonra proqram “Abituriyent 1” jurnalında öz əksini tapacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları