Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-16 14:00:00
"Tələbə"  pişik 15 kilometr yol qət edib, liseyə geri qayıtdı 
 
Pişik 15 kilometr yol qət edərək geri qayıdıb. 
 
AzEdu.az  Moderator.az-a istinadən  xəbər verir ki, Türkiyədə Anadolu liseyində şagirdlər xəstə vəziyyətində tapdıqları pişiyə  “Minnoş” adını qoyaraq ona bir ay qulluq ediblər. 
 
Həyata dönən pişik liseydə hamının sevimlisinə çevrilib. Bir müddət sonra pişiyi bir ailə himayəsinə götürərək evinə aparıb. Liseydən 15 kilometr məsafədə bir kəndə aparılan pişik, iki gün sonra liseyə geri qayıdıb.  
 
Pişiyi qarşılarında görən müəllim və şagirdlər təəccüblərini gizlədə bilməyiblər. Onlar pişiyə yenidən qulluq etmək üçün onu liseyin idman zalına keçiriblər.