Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-15 14:55:00
Bülbül adına musiqi məktəbi haqqında filmin premyerası olub

Beynəlxalq Muğam Mərkəzində Bülbül adına orta ixtisas musiqi məktəbinin 90 illiyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində məktəb haqqında çəkilən sənədli filmin ilk nümayişi keçirilib.

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, nümayişdən əvvəl Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, xalq artisti Teymur Göyçəyev çıxış edərək filmin rejissoru Gülarə Abdullayevaya təşəkkürünü bildirib.

Sonra filmin premyerası keçirilib. Məktəbin tarixi, fəaliyyəti və ənənələri haqqında hekayə edən bu sənədli film məktəbin bir çox görkəmli məzunlarının məktəb illəri haqqında xatirələrinə əsaslanaraq hər dövrün ən yadda qalan anlarını əhatə edib.

Premyeradan sonra məktəbin şagirdlərinin ifasında D.Dadaşovun, S.Prokofyevin, H.Venyavskinin, Q.Qarayevin, A.Məlikovun, A.Şnitkenin, T.Quliyevin əsərlərindən ibarət gözəl konsert keçirilib.

Xatırladaq ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik, etnik və caz musiqisinin təbliği və inkişafı məqsədilə həyata keçirilən tədbirlər və yaradıcılıq layihələri davam edir. Dekabrın 18-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Vaqif Mustafazadənin yaradıcılığına həsr olunmuş konsert keçiriləcək.