Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-11 19:23:00
7-ci sinif şagirdi ilə evlənən Mirismayıl müəllim işləməyib

Ötən gün mətbuatda özünü orta məktəb müəllimi adlandıran Mirismayıl Xələflinin guya müəllim işləyərkən 7-ci sinif şagirdinə aşiq olduğu və onunla ailə qurduğuna dair məlumatlar yayılıb. 

AzEdu.az saytının kiçik araşdırması nəticəsində bəlli olub ki, Mirismayıl Xələfli 1984-cü ilin 24 iyulunda Ağsu rayonunun Ərəbmehdibəy kəndində anadan olub.

Onun həyat yoldaşı Firuzə Xələfli isə 1990-cı ilin noyabrın 21-də Ağsu rayonunun Xəlilli kəndində anadan olub və həmin kəndin ümumi orta məktəbini bitirib. 

Mirismayıl Xələfli isə heç vaxt kənd məktəbində və ümumilikdə heç bir məktəbdə müəllim işləməyib.

Qeyd edək ki, "Space" telekanalının "El bizim, sirr bizim" verilişinin qonağı, özünü saytlardan birinin baş redaktoru kimi təqdim edən Mirismayıl Xələfli qalmaqallı açıqlama ilə gündəmə gəlib.

 Onun efirdə 7-ci sinif şagirdi ilə evlənməsini etiraf etməsi səs-küyə səbəb olub.

 Məhz buna görə Mirismayıl Xələfli efirdə verilişin digər qonaqları tərəfindən pedofil adlandırılıb. 

"Mən özüm ali təhsilliyəm. Özüm 7-ci sinif şagirdi ilə nişanlanmışam. Onu məktəbdən çıxarmışam. Mən bunu ona görə etmişəm ki, sabah yoldaşım mənə "yorulmuşam, yemək bişirmək istəmirəm, yatmalıyam" deməsin". Mən öz yoldaşıma dərs demişəm".

 Xələflinin bu fikirləri həm verilişin qonaqları, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və o tənqid olunub.