Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-08 10:20:00
Deputat məcburi köçkün məktəbinə dərslik hədiyyə etdi - FOTOLAR

AzEdu.az xəbər verir ki, Laçın rayon Taxtakörpü qəsəbə məcburi köçkün məktəbinin ingilis dili müəllimi Şəbnəm Cəbrayıl feysbuk hesabında şagirdlərinə gələn hədiyyə dərsliklərlə bağlı status yazıb. O xatırladıb ki, bir neçə gün əvvəl bir şagirdinin maddi imkanı olmadığına görə əlavə dərs vəsaitini almaqda çətinlik çəkməsi barədə status yazıb:

“Bu gün hörmətli deputatımız Mahir Abbaszadə sürpriz edib, ehtiyac duyduğumuz əlavə dərs vəsaitlərini şagirdlərimə hədiyyə göndərdi. Bunu da qeyd etdi ki, “uşaqlar bizim gələcəyimizdir deyirik, bunu sözdə deyil, əməldə deməliyik!”

Şagirdlərim və öz adımdan millət  vəkilimizə diqqət və qayğısı üçün təşəkkür edir, işlərində yeni- yeni uğurlar arzu edirik!"

Qeyd edək ki, gənc müəllim şagirdinin maddi imkanı olmadığı üçün yaşadığı gərginliyi keçmiş statusunda belə izah etmişdi:

"Keçilən dərsləri daha da möhkəmləndirmək üçün şagirdlərimə test kitabı da almağı tapşırmışdım. Bir şagirdim neçə vaxtdır qaydaları öyrənsə də , testləri yazmır. Ona dedim ki, əgər sən valideyninə bunun sənin dərsin üçün önəmli olduğunu desən, inanıram ki, alar. Yəqin evdə deməmisən.Cavab verdi : "Müəllim , çörəkpulunu (məcburi köçkünlərə verilən aylıq müavinət) alan kimi , atamgil Bakıya yasa getdilər və pul qalmadı". Utancdan şagirdin üzünə baxa bilmirəm. Özümü çox günahkar hiss etdim”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları