Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-08 00:21:00
Azərbaycanlı məktəbli Beynəlxalq Rus Dili Olimpiadasının 10 qalibindən biridir

Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksinin 11-ci sinif şagirdi Fatimə Davudlu xarici ölkələrin məktəbliləri üçün XVI Beynəlxalq Rus Dili Olimpiadasının 10 mütləq qalibindən biri olub.  AzEdu.az xəbər verir ki, Beynəlxalq Rus Dili Olimpiadasının finalı Moskvada A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunda keçirilib. Müsabiqənin final mərhələsində Avropa, Asiya, Şimali və Cənubi Amerikanın 33 ölkəsindən 128 məktəbli iştirak edib. Olimpiadanın finalçıları bir həftə ərzində yazılı və şifahi rus dili, Rusiya ölkəşünaslığı sahəsində biliklərini nümayiş etdiriblər.

 

Olimpiadada Azərbaycanı Bakı Slavyan Universiteti nəzdindəki Məktəb-Lisey Kompleksinin 11-ci sinif şagirdləri Fatimə Davudlu və Leyla Mehdiyeva təmsil ediblər. Onlar bütün tapşırıqları uğurla yerinə yetiriblər. Müsabiqənin yekunlarına görə, Fatimə Davudlu 10 mütləq qalibdən biri olub. Qeyd edək ki, mütləq çempion titulu Rusiyanın ali məktəblərində ali təhsil almaq hüququ verir.

 

A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu artıq 45 ildən çoxdur ki, əcnəbi məktəblilər üçün Beynəlxalq Rus Dili Olimpiadası təşkil edir. 2016-cı ildən seçim turu “Rus dilində təhsil” portalında onlayn-formatda keçirilir. Seçim turunda rus dilini bilən və öyrənən hər bir şagird iştirak edə bilər. 2018-ci ildə “Rus dilində təhsil” portalında Olimpiadada iştirak etmək üçün 1640 uşaq qeydiyyatdan keçib.