Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-07 15:06:59
Magistraturaya qəbulda xarici dildən dinləmə sualları çox asan olacaq - “B1 səviyyəsində”  

“Magistratura üzrə qəbul imtahanına salınacaq dinləmə mətnləri, təxminən “B1” səviyyəsindədir. Asan anlaşılan, normal tapşırıqlardır. Dinləmə materiallarına uyğun verilən testlər də mətnə və beynəlxalq standartlara tam uyğundur”

Bu sözləri AzEdu.az-a açıqlamasında ingilis dili müəllimi Turan Hüseynov deyib. O, imtahanların beynəlxalq standartlara uyğun təşkil olunmasının sevindirici hal olduğunu vurğulayıb:

“Yenilik tələbələrin, magistrların elmi fəaliyyətlərini gələcəkdə dünyanın öncül universitetlərində davam etdirmə prosesini asanlaşdırır. Çünki imtahanlar beynəlxalq normalarla bənzərlik təşkil edir. Magistratura üzrə qəbul imtahanına salınacaq dinləmə mətnləri, təxminən “B1” səviyyəsindədir. Asan anlaşılan, normal tapşırıqlardır. Dinləmə materillarına uyğun verilən testlər də mətnə və beynəlxalq standartlara tam uyğundur.

“Listening”in magistratura pilləsi üzrə qəbul imtahanlarına əlavə olunması tələbələr üçün üstünlükdür. Onlar bakalavr dövründə ingilis dilini keçiblər. İmtahana əlavə olunan tapşırıqlar həmin keçirilənlərin praktiki tətbiqini zəruri edir. Tələbələr bakalavrda keçdikləri dərslər üzrə praktiki hazırlaşsalar, imtahanda rahatlıqla uğur qazana bilərlər”.

Turan Hüseynov yeniliyin tələbələri dildən praktiki istifadəyə məcbur edəcəyini qeyd edib:

“Gələcək magistrantlar dissertasiya işlərinin hazırlanmasında, artıq dil problemi yaşamayacaqlar. Dünyanın əksər universitet və elm ocaqlarının araşdırma mərkəzlərinin materialları azərbaycanlı tələbələr üçün əlçatan olacaq. Onlar hər hansı tədqiqatın Azərbaycan dilinə tərcümə olunmasını gözləməyəcəklər.Bu, həm də plagiatlıq hallarının qarşısını alacaq. Mənbə qıtlığı olanda, plagiatlıq qaçılmaz olurdu”.

Qeyd edək ki,2019-cu ildə keçiriləcək magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində xarici dil üzrə test blokunda imtahan iştirakçılarının xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. Audiofayllar və test nümunələriylə tanış olmaq üçün aşağıda qeyd olunan linkə daxil ola bilərsiniz:

http://dim.gov.az/news/2691/

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları