Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-27 19:10:15
Axırıncı partada oturub kitab oxuyurdum - Çingiz Abdullayev (VİDEO)  

Xalq yazıçısı Çingiz Abdullayev “ARB Günəş”in “Mən məktəbli ikən” verilişinin qonağı olub.

AzEdu.az xəbər verir ki, o, Bakı şəhər 189 saylı tam orta məktəbdə oxuyub.

Yazıçı bildirib ki, təhsil aldığı məktəb evlərinə yaxın olub, buna görə də o, məktəbdə özünü elə evindəki kimi rahat hiss edib:

”Zəng çalınmağa başlayanda evdən çıxırdım və bitənə kimi gəlib dərsə çatırdım”.

Yazıçı şagird ikən riyaziyyat fənnini sevmədiyini söyləyib. Lakin fəal şagird olub, mütaliəyə və futbola maraq göstərib. Məktəbdə fəaliyyət göstərən futbol klubunun rəhbəri olub:

“Kitab oxumağı sevirdim. Boyum uca olduğuna görə axırıncı partada oturub, sakitcə kitab oxuyurdum”.