Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-19 18:15:19
Füzulidə “Uşaqlar gülsün deyə!” tədbir keçirildi  

Füzuli rayon M.M.Xəzani adına musiqi təmayüllü internat tipli gimnaziyada "Uşaq aylığı”çərçivəsində Füzuli rayon polis şöbəsinin  polkovniki Xəqani Məmmədov və Yeniyetmələrlə iş üzrə polis kapitanı Elnur Məmmədovun iştirakı ilə “Uşaqlar gülsün deyə!” şüarı altında Beynəlxalq uşaq hüquqları ilə bağlı tədbir keçirilib. 

Tədbir Ulu öndər Heydər Əliyevin uşaqlarla bağlı fikirləri ilə başlayıb.

Məktəbimizin şagirdi Əli Həşimovun “Azərbaycan bayrağı”ilə“Yaşa Azərbaycan” sədaları altında dövrə vurması, vətənpərvərliyin təbliğindən şagirdlərin hind rəqsi, ingiliscə sülhə çağırış, “Qarabağ şikəstəsi” kimi ifalar bu gün Azərbaycan Respublikasında uşaqların təhsil səviyyəsindən xəbər verirdi.

Füzuli rayon polis şöbəsinin polkovniki Xəqani Məmmədov öz çıxışında bu gün hər bir uşağın hüquqlarının dövlətimiz, qanunlarımız tərəfindən qorunduğunu bildirib. 

Ölkə başçısı cənab İlham Əliyevin uşaqların bütün hüquqları təmin olunması,  Azərbaycan körpəsinin yaxşı yaşaması üçün göstərdiyi fəaliyyəti nəzərə çatdırıldı.

Tədbir zamanı Ulu öndər Heydər Əliyevin,Mehriban xanım Əliyevanın,Prezident İlham Əliyevin uşaqlara olan qayğısından bəhs edən video çarxlar nümayiş olundu.

Tədbirin sonunda M.M.Xəzani adına Füzuli rayon musiqi təmayüllü gimnaziyanın direktoru,Nazimə Şamıyeva çıxışında “Uşaq hüquqları haqda Beynəlxalq konvensiya” nın 2.4 maddəsini nəzərə çatdırıb.

Bu  maddə azyaşlıların  ad ,soyad və vətəndaşlıq hüququnu təmin edir,yeniyetmələr üçün ölüm hökmünü ləğv edir.