Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-19 09:45:00
Bu məktəbin şagirdləri payız tətilini fərqli formada keçirirlər – Nümunəvi addımın fotoları

 

Noyabrın 16-dan məktəblilərin payız tətili başlayıb. Bir çox şagirdlər tətil günlərindən fərqli formada yararlanır.

Bakının 147 saylı məktəbinin şagirdləri isə tətil günlərini tam fərqli və nümunəvi şəkildə dəyərləndiriblər.

Məktəbin direktoru Arif Əsədov bu barədə AzEdu.az-a açıqlamasında, şagirdlərin Bakı Kitab Mərkəzində olduqlarını və tətili bu cür dəyərləndirdiklərini vurğulayıb:

“Məktəblilərin payız tətili ərzində, noyabrın 16-da 147 nömrəli THL-in 7 a sinif şagirdləri Bakı Kitab Mərkəzində olublar.

Üç mərtəbədən ibarət olan mərkəzdə hər sahəyə aid kitabların olması uşaqları həm heyrətləndirib, həm də sevindirib. Orada uşaqlar üçün dərs zalı, oxu zalı, musiqi otağının da olması məkanın doğmalaşmasına gətirib çıxarıb. VII-lərimiz dünya və yerli yazıçıların əsərləri ilə tanış olublar. Oxu zalında oturub kitablardan bəzilərini də vərəqləyə biliblər. Sonda da həm ziyarət, həm də ticarət: onları müşayiət edən valideynlərinə bəzi maraqlı kitabları da aldırıblar”.