Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-09 14:05:00
Xan Rəsuloğlunun "Kitab çantası"nda nələr var? - Məşhur bukinistin 10-luğu

AzEdu.az  “Kitab  çantası ” rubrikasını davam etdirir.

Qeyd edək ki, rubrikanın məqsədi oxucuları cəmiyyətə bəlli olan, məşhur şəxslərin seçdiyi kitablarla tanış etmək, onlara kitab oxumağı aşılamaqdır.

Məsələ belədir, bəzən, dahi şəxslərə də bu sualı veriblər: əgər kimsəsiz adaya, heç kəsin yaşamadığı bir yerə getsəniz, özünüzlə hansı kitabları götürərsiniz? Cavablar çox müxtəlif olub... Hərə özünün “kitab çantasında” olacaq  tamam başqa ədəbiyyatların adını çəkib, kimsəsiz bir diyara gedəndə məhz onları aparacağını deyib.

Rubrikamızın növbəti qonağı - məşhur bukinist Xan Rəsuloğludur.

Müsahibimiz düşünür ki, hər cür siyahı nisbidir, təxminidir.

Görək, Xan Rəsuloğlunun “kitab çantası”nda nə var:

Öncə öz sevdiyi yazarlar:

  1. D.Suzuki "Zen buddizmin əsasları";
  2. Oşo "Usta";
  3. A.Şopenhauer "Həyat iradə və təsəvvür kimi";
  4. H.Hesse;
  5. S.Sveyq;
  6. J.Saramaqo;
  7. C Coys "Uliss";
  8. M.Prust;
  9. T.Mann "Doktor Faustus";
  10. C.Oruell "1984";

Xan Rəsuloğlu: “Dövlət səviyyəsində 150 cildlik  dünya ədəbiyyatından kitablarımız çıxdı.Ordan daha 10 imzaya diqqətinizi çəkim”.

1.U.Eko;

2.C.Faulz;

3.S.Bellou;

4.E.Kanetti;

5.X.Kortasar;

6.Q.Q.Markes;

7.Q.Flober;

8.K.Kastaneda;

9.Y.Kavabata;

10.F.Sağan.