XƏBƏRLƏR

09.11.2018 17:06
Valideynlərin müəllimlərə dediyi ən qəribə 10 cümlə

AzEdu.az valideynlərin iclaslarda işlətdikləri ən qəribə cümlələri təqdim edir:

-“Başqa uşaqların allergiyası var deyə, oğlumun fısdıq əzməli sendviç yeməsi qadağan olunmamalıdır. Digər uşaqlara deyin ki, oğlum sendviç yeyəndə ondan uzaq dursunlar”.

-“Facebookda dostluğumu qəbul edərsiniz? Beləcə, tapşırıqla bağlı sualım olduqda daha tez cavab verə bilərsiniz. Mənim üçün daha asan olar”.

-“Bayramdan bir həftə əvvəl oğlumla birlikdə ailəcə səyahətə çıxacağıq. O həftə çox önəmli şeylər keçməsəniz, olar?”

-“Bağışlayın, bir az xəyal qırıqlığına uğramış haldayıq, başqa bir müəllimin sinfində olmağı ümid edirdik, əslində”.

-Valideynlər: “Şuluqluq etsələr, uşaqlarımıza vurmaq məsələsində rahat ola bilərsiniz”.

 -Müəllim: “Heç elə şey olar?”

-Valideynlər: “Yox, xahiş edirik, biz çox ciddiyik”.

-“Qızım hamsterini məktəbə gətirməyinə icazə vermədiyinizi dedi. Bu, çox rasist bir davranışdır”.

-“Testlərə zaman məhdudiyyəti qoymasanız, olmur? Oğlumun tələsdirilməkdən heç xoşu gəlmir”.

-“Müəllimliyin fərq yaratmaq olduğunu zənn edirdim, amma, bəlkə də, sizin üçün hər şey sadəcə tətillərdən ibarətdir”.

-“Vergilərimi ödəyirəm, dolayısı ilə sizin maaşınızı da ödəyən mənəm. Ona görə də dediklərimi dinləyin”.

-“Sinfiniz üçün bir az daha enerji sərf edə bilərsiniz? Onsuz da, bütün yay tətil edəcəksiniz, buna görə də bir az daha güc sərf edin, zəhmət olmazsa. Ümid edirəm ki, kobudluq etmək istəmədiyimi başa düşürsünüz. Mən sadəcə uşaqlarımın gələcəyini düşünürəm”.

-Qızımın sizin dərsinizdən başqa digər bütün dərslərdən yüksək qiymətlər almasının səbəbini mənə açıqlaya bilərsiniz, zəhmət olmazsa? Sizin müəllimliyinizdə bir problem var?”

-“Əgər şagirdlərinizin müəyyən məktəb vəsaitləri almalarını istəyirsinizsə, niyə onları almaq məsuliyyəti bizim boynumuzdadır? Sinif sizindirsə, bu məsuliyyət də sizdə olmalıdır”.

-“Sizdən fərqli olaraq, mənim sosial elmlər deyil, psixologiya diplomum var. Sinfi necə idarə etməyinizlə bağlı məsləhətlər verdiyimdə mənə daha çox hörmət göstərməlisiniz”.

-Uşaqlarını məktəbdən tam vaxtında götürməli olduğunu öyrənən valideynin reaksiyası: “İşləməliyəm mən! Müəllimənin vəzifəsi valideynlərin işləməsinə şərait yaransın deyə uşaqlara baxmaq deyil?!”(egitimpedia.com)