Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-30 16:53:00
Yeni buraxılış imtahanı modelinə uyğun sınaq imtahanı keçiriləcək? – Hamının gözlədiyi cavab  

Dövlət İmtahan Mərkəzi oktyabrın 28-də yeni qəbul modelinə uyğun sınaq imtahanı keçirib.

İmtahanlarla bağlı ən çox narahatlıq və sual doğuran əsas məqamlardan biri buraxılış imtahanı modelində də sınaq imtahanının keçirib-keçirilməməsiylə bağlıdır.

Mövzuyla bağlı DİM-dən AzEdu.az-a bildiriblər ki, buraxılış imtahanı modelinə uyğun sınaq imtahanının keçirilməsi nəzərdə tutulmur. Məlumatda qeyd olunub ki, IX və XI siniflər üzrə buraxılış imtahanının modelində taprşırıqlar yaxın günlərdə “Abituriyent”jurnalının xüsusi buraxılışında dərc olunacaq.

Xatırladaq ki, 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları