Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-25 15:25:00
“Sağlam təhsil- sağlam millət” layihəsi  3500-ə qədər məktəblini əhatə edir

Oktyabrın 25-də  Bakı şəhəri 26 nömrəli tam orta məktəbdə bu il ilk dəfə  “Sağlam təhsil” məktəbəhazırlıq qruplarına mediatur təşkil edilib.

AzEdu.az-ın məlumatına görə, media nümayəndələri tədris prosesi ilə tanış olublar. Qeyd olunub ki, “Sağlam təhsil- sağlam millət” layihəsi çərçivəsində ümumilikdə 39 məktəbdə 182 “Sağlam təhsil” sinfi təşkil edilib. “Sağlam təhsil” siniflərində tədris hərəkətli təlim şəraitində həyata keçirilir. Şagird masaları həm oturaraq, həm də ayaqüstə çalışmaq imkanı verir. “Sağlam təhsil” siniflərində aparılan tibbi monitoriq bu siniflərdə tətbiq edilən texnologiyaların uşaqların sağlamlığına müsbət təsir etdiyini aşkara çıxarıb. Eyni zamanda belə siniflərdə təhsil alan şagirdlərin fiziki və intellektual cəhətdən daha yaxşı inkişaf etdiy, onların öyrənmə qabiliyyətinin , habelə emosional-psixoloji durumunun yüksəldiyi müəyyən edilib.

Qeyd edək ki, “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqinə 2014-2015-ci tədris ilindən başlanılıb. Layihənin əsas məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir. İndiyədək layihə 3500-ə qədər məktəblini əhatə edib.