Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-25 12:12:00
“Yaşlı müəllimlərin,  bölgələrdə çalışanların MİQ imtahanlarındakı  nəticələri çox aşağı olur” – ANONS

“Şagirdlərin yeni qəbul qaydalarına hazırlaşmasında yaşlı nəsil çox əziyyət çəkir. Bu imtahanlarda onlar uşaqlara kömək edə bilməyəcəklər. Abituriyentlərə indiki gəncliyin xeyri daha çox dəyəcək”

Bu sözləri AzEdu.az-a müsahibəsi zamanı təhsil eksperti Adil Vəliyev deyib.

Adil Vəliyev Azərbaycan Kooperasiya Universitetinin İnzibati İdarəetmə ixtisasını bitirib. Bir neçə ildir ki, orta məktəblərdə və digər təhsil müəssisələrində abituriyentlərə ixtisas seçimiylə bağlı təlimlər, seminarlar keçir.

AzEdu.az müsahibədə toxunulan maraqlı detalları diqqətə çatdırır:

“Yeni qəbul qaydalarına keçmək üçün 1 il çox az müddətdir. Reallıq budur ki, gənc nəsil müəllimlər bu qaydalara hazır səviyyədədirlər. Onlar ən pis halda universitetdə təhsil aldıqları zaman III və ya IV kursda yenilikləri mənimsəyirlər. Universitetdə texnoloji bilgilər aşılanmasa belə hazırki gənclik yeniliyi öyrənməkdə maraqlıdır. Məsələn, əvvəl Kimya müəllimi, yalnız öz ixtisasından imtahan verirdisə, hazırki şəraitdə o “ağıllı lövhə” və kompüterlə işləməyi də bacarmalıdır.

Şagirdlərin yeni qəbul qaydalarına hazırlaşmasında yaşlı nəsil çox əziyyət çəkir. Bu imtahanlarda onlar uşaqlara kömək edə bilməyəcəklər. Abituriyentlərə indiki gəncliyin xeyri daha çox dəyəcək. Yaşlı müəllimlərin bildikləri bir qayda var. Onlara sübutu göstərsən də deyəcəklər ki, mən 40 ilin müəllimiyəm mənə fənnimi öyrədəcəksən? Amma reallıq budur ki, yaşlı müəllimlərin, xüsusilə bölgələrdə çalışanların MİQ imtahanlarında göstərdikləri nəticə çox aşağı olur”.

Qeyd edək ki, Adil Vəliyevlə geniş müsahibə yaxın günlərdə AzEdu.az-da yayımlanacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları