Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-15 09:52:00
Məktəb binası UÇDU - 20 nəfər öldü
İndoneziyada ibtidai məktəb binasının bir hissəsi uçub.
 
AzEdu.az Unikal.org-a istinadən xəbər verir ki,  hadisə Şimali Sumatra əyalətində baş verib. Binanın uçmasına səbəb sel axınları olub. Hadisə nəticəsində 20 nəfər həlak olub. Qeyd edilir ki, onlardan ən azı 11-i şagirddir.
 
Bir neçə gün əvvəl İndoneziyanın Şərqi Yava əyalətində baş vermiş zəlzələ nəticəsində ən azı 3 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb