Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-26 17:05:00
Gələcək dahilərin və nadir istedadların oxuduğu təhsil məkanları – Qəbul qaydaları, şərtlər-III hissə

AzEdu.az lisey və gimnaziyalara qəbul qaydaları, onlardakı şərait barədə silsilə məlumatları davam etdirir:

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin nəznində fəaliyyət göstərən fizika-riyaziyyat təmayüllü lisey Ayna Sultanova küçəsi ,11 ünvanında yerləşir. Lisey təbiət elmləri üzrə ixtisaslaşan VIII-XI siniflər üçün nəzərdə tutulub.

Liseyin məqsədi şagirdlərin potensial imkanlarını üzə çıxarmaq, onların gələcəkdə yiyələnəcəkləri ixtisasın sirlərinə indidən bələd olmağa istiqamətləndirmək, texniki ali məktəblərinə o cümlədən AzMİU-ya daha istehdadlı şagirdlərin qəbul olunmasında müstəsna rol oynamaqdır.

Lisey şagirdləri Respublika səviyyəli olimpiyadalarda, texniki istiqamətli olmalarına baxmayaraq, yaradılcılıq sərgilərində fəal iştirak edirlər. Məzunlar arasında təhsilini ölkə universitetlərində, eləcə də  xaricdə davam etdirənlər var.

Təhsil müəssisəsinin nizamnaməsinə əsasən hər sinifdə şagirdlərin sayı 12-dən çox ola bilməz.

Liseydə təhsil ödənişli, illik təhsil haqqı isə 1050 manatdır. Şagird qəbulu ildə iki dəfə, müsabiqə yolu ilə keçirilir.  Bu, hər il mayın sonuncu həftəsi və sentyabrın il həftəsi olur. Müsabiqə riyaziyyat, fizika və ingilis dilindən sorğu yolu ilə keçirilir. Sənəd qəbulu aprelin 20-dən sentyabrın 1-ə qədərdir. Liseydə dərs deyən müəllimlər universitetin təcrübəli pedaqoji kadrlarıdır. Onlardan 1-i elmlər doktoru-professor, 7-i isə fəlsəfə doktoru-dosentdir.

Gənc İstedadlar liseyi Bakı Dövlət Universitetinin nəzdində 2007-ci ildən fəaliyyət göstərir.

Lisey öz fəaliyyətində ümumtəhsil məktəblərinin nümunəvi tədris proqramını əsas götürməklə yanaşı, BDU-nun Elmi Şurasının tövsiyələrini də rəhbər tutur.

Liseyin şagirdləri davamlı olaraq müxtəlif bilik, intellekt, idman yarışlarına, respublika olimpiadalarına qatılır və qalib olurlar. İndiyədək bu təhsil ocağını bitirən 334 məzunun hər biri respublikamızın və xarici ölkələrin ali məktəblərinə qəbul olunublar. Məzunlardan 25 nəfəri qızıl, beş nəfəri gümüş, beş nəfəri isə Prezident təqaüdünə layiq görülüb.

Qəbul itahanı zamanı şagirdlərdən ana dilindən 25, riyaziyyatdan 35, ingilis dilindən isə 10 sualı cavablamaq tələb olunur. Nəticələr isə iyunun sonunda elan olunur.

Qeyd edək ki, AzEdu.az  digər liseylərə də qəbul qaydaları ilə bağlı yazıları davam etdirəcək.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları