Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-13 21:48:00
Cəbhəyanı bölgədəki uşaqlara  məktəb ləvazimatları hədiyyə edildi

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən cəbhəyanı bölgədəki birinci sinfə gedəcək uşaqlara məktəbli forması, çanta və məktəb ləvazimatları hədiyyə edilib. Komitədən AzEdu.az-a verilən məlumata görə, bununla əlaqədar Füzuli, Ağcabədi, Laçın, Ağdam, Bərdə və Tərtər rayonlarında, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində məktəblilərlə görüş keçirilib.

Görüşlərdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov diqqətə çatdırıb ki, bu layihənin həyata keçirilməsinin məqsədi məktəblilərə dəstək göstərməkdir. Məktəblilərin Azərbaycanın uğurlu gələcəyinin təminatı olduğunu qeyd edən M.İsmayılov onların vətənpərvərlik ruhunda, milli mənəvi dəyərlərə sadiq ruhda yetişdirilməsinin vacibliyini vurğulayıb. M.İsmayılov cəbhə bölgəsində yaşayan vətəndaşlar arasındakı ruh yüksəkliyinin və Vətənə bağlılığın torpaqlarımızın işğaldan azad edilməsinə inamı daha da gücləndirdiyini diqqətə çatdırıb.

 

Birinci sinfə gedəcək uşaqların valideynləri hədiyyələrə görə minnətdarlıqlarını bildiriblər.