Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-08 14:10:00
Bu gün  Beynəlxalq Savadlılıq günüdür

8 sentyabr 1965-ci ildə UNESCO tərəfindən  Betnəlxalq Savadlılıq günü kimi elan olunub. 

AzEdu.az xəbər verir ki, günün qeyd olunmasında məqsəd  savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydalı olmasına diqqət çəkməkdir.  UNESCO həmçinin beynəlxalq ictimaiyyətə savad almağın  insan haqlarından biri olduğunu xatırladır və bütün elmlərin əsası olduğunu vurğulayır. Hər il bu gün münasibətilə dünya ölkələrində müxtəlif seminar və tədbirlər təşkil olunur. 

Təssüf ki, əldə olunan inkişafa baxmayaraq bu gün dünyada savadsızlıq milyonlarla insanı əhatə edir. Beynəlxalq Savadlılıq Gününün məqsədi də bu vacib məsələni daim diqqətdə saxlamaqdır.

Dünyada 15 yaşdan yuxarı olmaqla 758 milyon insan oxuma və yazma belə bacarmır. Bu rəqəmin üçdə iki hissəsini inkişaf etməkdə olan ölkələrin ucqar kənd yerlərində yaşayan qadınlar tutur. Qadınlar arasında oxuma və yazma səviyyəsinin ötən 15 il ərzində 77 faizdən 83 faizə qalxdığı qeyd olunur.

Qeyd edək ki, təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycanda savadlılıq səviyyəsinin 99.8% təşkil etdiyini, yəni əhalinin 0.2% -nin savadsız olduğunu bildirmişdi.

Beynəlxalq Savadlılıq Günü isə bir həqiqəti bir daha bütün insanlara xatırladır: “Savadlılıq cəmiyyətin qarşısında bütün qapıları aça bilən açardır, dünyada heç bir ölkə savad olmadan inkişaf edə bilməz”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları