2018-08-15 11:44:00
Təhsil müəssisələrində qanun pozuntusu: İşə gəlməyənlərə əməkhaqqı ödənilir...
Təhsil Nazirliyinin tabeçiliyində olan ali və orta ixtisas təhsili müəssisələrində aparılan nəzarət tədbirləri ilə nəzarət obyektinin özünün maddi-texniki bazasının və kadr potensialının olmasına baxmayaraq elektron şəbəkə vasitəsi ilə keçirilən imtahanlar üçün istifadə olunan proqram təminatının tətbiqi sahələrinin genişləndirilməsinə, yazılı imtahanların təşkili, qiymətləndirmə üsullarının dəqiqləşdirilməsi və yazılı imtahan biletlərinin mərkəzi sistem vasitəsi ilə avtomatik hazırlanmasının həyata keçirilməsi üçün “TEST Virtual Təhsil Sistemi (imtahan) proqramı”na xidmət üçün kənar təşkilata hər il xeyli məbləğdə vəsait ödənildiyi müəyyən olunub.
AzEdu.az Azvisiona istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin bu ilin I yarısında apardığı nəzarət tədbirlərində bildirilib.
Məlumatda qeyd olunub ki, liftlərə xidmət üçün özünün kifayət qədər işçilərinin, o cümlədən texniki işçilərinin olmasına baxmayaraq, liftlərin istismarına texniki xidmət adı ilə kənar təşkilata xeyli məbləğə vəsait ödəndiyi, malların (iş və xidmətlərin) satınalma müsabiqələri keçirilmədən alındığı, yerinə yetirilməsi sənədləşdirilmiş işlərin dəyərinin əsassız olaraq şişirdildiyi və bu hesaba podratçı təşkilatlara artıq vəsait ödənildiyi, büdcədənkənar vəsaitlərin uçotunun aparılmadığı və mədaxil edilmədən müxtəlif məqsədlərə xərcləndiyi və digər bu kimi nöqsanlara yol verildiyi aşkar olunub.
Təhsil Nazirliyinin rayon (şəhər) təhsil şöbələrində aparılan nəzarət tədbirləri ilə müvafiq qaydada uşaqların sayı üçün müəyyən edilən həddə əməl edilmədən əlavə sinif kompleklərinin təşkil edildiyi, müvafiq ixtisas təhsilli müəllim olmadığı halda siniflərin iki hissəyə bölündüyü, məktəbdənkənar müəssisələrdə fakultativ və dərnək məşğələlərinin keçirilməsi jurnallarla təsdiq edilmədiyi halda həmin məşğələlərə görə əməkhaqqının ödənildiyi, pedaqoji işçilərin aylıq ödəniş dərəcələrinin yüksək göstərilməsi hesabına onlara xeyli məbləğdə əməkhaqqının artıq ödənildiyi, mövcud qaydaların tələblərinə zidd olaraq bəzi fənlərin tədrisinin müvafiq ixtisas təhsili olmayan müəllimlərə həvalə edildiyi, faktiki olaraq işə gəlməyən işçilərə əməkhaqqı ödənildiyi, işçilərin razılığı olmadan onların əməkhaqlarından tutularaq vəsaitin müxtəlif qurumlara köçürüldüyü, ezamiyyə xərcləri barədə müvafiq normalara əməl etmədən işçilərə artıq ezamiyyə xərclərinin ödənildiyi və digər bu kimi nöqsanlara yol verildiyi müəyyən edilib.

Bu bölməyə aid digər xəbərlər
İkili diplom üzrə daha iki ixtisasa qəbul aparılacaq
2023-06-09 12:45:48
UNESCO tədqiqat müsabiqəsi elan edir
2023-05-24 11:43:14
Dinin ayrıca fənn kimi tədrisi önəmlidirmi?-Nadir İsrafilovdan təhlil
2023-01-23 09:39:00
20 Yanvara həsr olunan silsilə tədbirlər
2023-01-19 14:24:00
Yeni ilə hansı ciddi təhsil problemləri ilə addımlayırıq?-İRADLAR
2022-12-27 11:53:00
2022-ci ilin ən önəmli təhsil hadisəsi nə oldu?– “Nəticə heç də yaxşı alınmadı”
2022-12-27 09:00:00
“Bu qüsurların yaranmasında Elm və Təhsil Nazirliyinin də payı var”-Şahlar Əsgərovdan sərt irad
2022-10-17 12:15:00
Məktəb bufetlərində ciddi təhlükə - Bilinməyən detallar- Mütəxəssisdən SOS
2022-09-20 12:19:00
“On minlərlə gənc ixtisas seçimindən keçə bilməyəcək”-XƏBƏRDARLIQ-NƏ ETMƏLİ?
2022-08-09 14:18:00
Məktəblərdə son vəziyyət, maska tələbi nə zaman aradan qalxacaq? - Nazirdən təşəkkür
2022-04-13 11:17:00
kitabı
ÇOX OXUNANLAR
18 Aprel 2024, 12:35
Sertifikasiya imtahanının vaxtı AÇIQLANDI
18 Aprel 2024, 10:04
DİM-dən 17 mart buraxılış imtahanının nəticələri ilə bağlı AÇIQLAMA
20 Aprel 2024, 17:42
300 bal toplayan 9-cular - Onlar bu liseyin şagirdləridir
17 Aprel 2024, 10:21
Sertifikasiya:“Müəllimlərin hazırlığa getməsi qəbuledilməzdir”
19 Aprel 2024, 16:54
Qəbul imtahanında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA
22 Aprel 2024, 09:57
7 aprel buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ
19 Aprel 2024, 16:09
Regionlar üzrə ən çox bal toplayanlar... Şəki-Zaqatala bölgəsinin ŞAGİRDLƏRİ
17 Aprel 2024, 12:14
Regionlar üzrə ən çox bal toplayanlar – Mərkəzi Aran bölgəsinin ŞAGİRDLƏRİ
FACEBOOK