Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-08 12:08:03
“MİQ imtahanlarında yeni qayda sınaqdan uğurla keçmədi” – Gənc müəllim

“Yeni  qayda  əslində  yoxlanış  mərhələsi  idi,  alınsaydı belə  davam edəcəkdi.  Görünür ki, sınaqdan  uğurla keçmədi və  yenidən əvvəlki  sistemə qayıtdılar”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı gənc müəllim Elşən Ramizoğlu deyib:

“Bildirmişdilər ki, ali və ya orta ixtisas diplomunu “scan”  edib  yüklədikdən  sonra  vakansiya  seçimi edə bilərdilər. Müəllimlərin problemi  buradan  yarandı. “Scan”  etmək  deyəndə  müəllimlərdə qorxu  yarandı. Əslində  diplomun  aydın  çəkilən  şəklini  yerləşdirməklə  məsələ  həll  olunurdu. Burada məqsəd  diplomun  saxta olub-olmaması, tanınması, həmçinin  şəxsin ixtisasının  müəllimliyə  uyğun olmasını yoxlamaq idi. Diplom əlavəsinin də yüklənməsini dedilər, halbuki  bir çox müəllimlərimizin diplom  əlavəsi yoxdur”.

E.Ramizoğlu bildirib ki, bu da müəllimləri  qorxuya  salan ikinci problem oldu:

“Düşündülər ki, vakansiya  seçimində  iştirak  edə bilməyəcəklər. Nazirlikdən  əlavənin yüklənməməsinin heç bir problem yaratmayacağını da bildirdilər. Vakansiya  seçiminə son günlər qalmış  hələ də diplomu yükləməyə  çətinlik  çəkdiklərinə görə, belə  bir addım  atıldı.Bu proses bir gün daha uzadıldı.  Sosial şəbəkədən  istifadə  etməyən  müəllimlər  yeniliklərdən  məlumatsız  olurlar. Nazirliyin  rəsmi  saytında  bu haqda  ətraflı  məlumat  verilmir. Atılmış son addım  onu  göstərdi ki,  yəni  eybi  yox diplomu  da yükləməyin,  yetər ki,  vakansiya  seçimi edin. Diplomların  yoxlanılması müsahibə mərhələsində  olacaq. Texnologiya  dövründə bu prosesin elektron  variantda  olması gözəl  idi, ancaq  problemlerin yaşanması geri  addım atmağa səbəb oldu. Hər halda müəllimlərin işini  asanlaşdırdı”.

Qeyd edək ki, 7 avqustda edilən dəyişikliyə əsasən MİQ üzrə vakansiya seçimində diplom və əlavəsini yükləmədən vakant yerləri seçmək mümkündür.