Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-23 16:39:00
AMEA-da Strateji Elmi Tədqiqatlar Mərkəzi yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin qərarı ilə bir sıra strateji əhəmiyyət kəsb edən hərbi-mülki və müdafiə xarakterli layihələrin həyata keçirilməsini daha da genişləndirmək məqsədilə Strateji Elmi Tədqiqatlar Mərkəzi yaradılıb.

AMEA-dan AzEdu.az-a bildirilib ki, Rəyasət Heyətinin nəzdində yaradılan bu mərkəz işlər idarəsinin strukturundakı elmi-tədqiqat laboratoriyalarının, həmçinin təcrübi-konstruktor sektorunun ştat vahidləri hesabına fəaliyyət göstərəcək.