Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-06 09:00:00
Alimlər xərçəngin dördüncü mərhələsində olan xəstəni müalicə etdilər 
Amerika alimləri eksperimental metodlarla döş xərçəngini dördüncü-terminal mərhələsində müalicə ediblər. 
AzEdu.az Moderator.az -a istinadən bildirir ki, bu barədə Nature jurnalında material dərc olunub. 
2003-cü ildə qadın ikiqat mastektomiya( süd vəzlərinin götürülməsi) olunub. Amma, 2013-də xərçəng çox aqressiv şəkildə onun orqanizminə qayıdıb. Metastaz sürətlə böyrəklərə şaxələnib və orda yumruq boyda şiş əmələ gəlib. Həkimlər kimyaterapiyanın  yeddi növünü tətbiq ediblər, amma onların heç biri şişlə bacarmayıb. Həkimlər qadının cəmi bir neçə ay yaşayacağını deyiblər.
Müalicənin eksperimental cəhəti ondan ibarətdir ki, həkimlər xəstənin öz limofositlərindən istifadə ediblər. Həkimlər bu metodu xəstənin öz qanını  hüceyrələrinə köçürmə adlandırırlar.
Həkimlər şişi genetik səviyyəsində zülalların mutasiyasını müəyyənləşdiriblər, bu da insanın immun sistemi üçün xərçəngi “görünən” edir. 
 
Tədqiqatda deyilir ki, hüceyrələrə qanköçürmədən altı həftə sonra şişlər 51% kiçilib. Xəstə:”Artıq bir həftədən sonra mən hiss etdim ki, sinəmdəki şiş balacalaşır. İki həftədən sonra tamam yox oldu”-deyir.
 
Doktor Rozenberqin sözünə görə bu metod eksperment mərhələsindədir. “ Hələ çox iş görmək lazımdır. Amma, xərçəngin müalicəsində bu böyük irəliləyişdir. Bu metod başqalarından çox fərqlənir”.
 
Cəmi bir neçə ay ömrü qalıb, deyilən xəstə Cudi artıq 22 aydır ki, adi həyatını yaşayır. Onun bədənində şişin əlamətləri yoxdur.