Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-26 12:10:00
Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilir

Azərbaycan Texniki Universitetinin idman zalında müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinə başlanılıb. 

AzEdu.az-ın xəbərinə görə, ibtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi bu gün və sabah, digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə 29 may - 2 iyun tarixlərində keçiriləcək. 

Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq. 

Diaqnostik qiymətləndirmədə respublikanın ümumi təhsil müəssisələrində çalışan 20 minə yaxın müəllim iştirak edəcək.