Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-25 09:00:00
Burada 9 milyon kitab var: tarixin ən gözəl kitabxanası - FOTO

Bu kitabxananı Portuqaliyadan Braziliyaya köçürüblər

AzEdu.az day.az-a istinadən xəbər verir ki, Rio da Janeiroda olan Braziliya Milli Kitabxanası, Latın Amerikasının ən böyük və dünyanın yeddinci ən böyük kitabxanasıdı. Braziliya, Milli Kitabxanasının böyüklüyünə görə Lisabonu az qala yox edən dağıdıcı bir zəlzələyə və sonra da Napaleonun işğalına borcludur.

1775-ci ilin noyabr 1-də böyük bir zəlzələ Portuqaliya Krallığının paytaxtı Lisabonu az qala yox etdi. Ən ölümcül zəlzələlərdən biri kimi tarixə keçən bu fəlakət, Lisabonda 10.000 ilə 100.000 arası insanın həyatını itirməsinə və bir çox binanın xarabalığa çevrilməsinə gətirib çıxardı. Zəlzələdə yox olan strukturlar arasında Royal Ribeira Palacedə olan Kraliyət kitabxanası da vardı. Kraliyət kitabxanası o dövrdə Avropanın ən yaxşı və ən əhəmiyyətli kitabxanalarından biri kimi tanınırdı.

Zəlzələdən dərhal sonra, Portuqaliya Kralı Cozef I, Kraliyət kitabxanasının təkrar inşaasını təmin etdi və sonrakı 50 il boyunca kitabxana arxivinə bir çox qiymətli kitab və əsərlər daxil oldu. Yeni bir zəlzələ təhdidi gözləndiyinə görə Kraliyət kitabxanasının zəngin kolleksiyasını o dövrdə Portuqaliyanın koloniyası olan Braziliyaya daşınması gündəmə gəldi.

Napaleon savaşı, Kraliyet kolleksiyasının yeni dünyaya daşınması üçün təsirli bir səbəb oldu. Jean-Andoche Junotun əmrindəki fransız orduları, Portuqaliyanı 1807-ci ildə işğal etdiyində, o tarixdə Portuqaliya şahzadəsi olan Regent John of Braganza, Kraliyət ailəsinin geriyə qalan üzvləriylə birlikdə Braziliyaya qaçmağa qərar verdi.

 

John, mümkün olduğu qədər sürətli bir şəkildə Kraliyət kitabxanasının kolleksiyasını yığdı və ilk qisimlə birlikdə 7 mart 1808-ci il tarixində Rio de Jeneiroya çatdı. Kolleksiyanın ikinci qisimi 230 paket halında 1810-cu ilin ortalarında Braziliyaya gəldi. Beləcə John, 29 oktyabr 1810-cu il tarixində Braziliya torpaqlarında, daha sonra Biblioteca Nacional do Brasil olaraq adlandırılacaq yeni Kraliyət kitabxanasını qurdu.

Bu gün, Braziliya Milli Kitabxanasında təxminən 9 milyon kitab var. Kitabxana UNESCO tərəfindən dünyanın qabaqda gələn milli kitabxanalarından biri olaraq qəbul edilir. Ümumi əsərlər təxminən 2 milyon parçadan əmələ gəlir və şaquli olaraq haradasa 18 km. lik bir rəf sahəsini örtür. Kolleksiyada, 19-cu əsrə aid 21.742 foto, 22.000 xəritə, 2.500 atlas, və hətta musiqi və səs arxivində təsnif edilən 250.000 parça var. 1907-ci ildə çıxan rəsmi bir qərardan bu yana, Braziliyalı nəşrçilər, nəşr etdikləri hər əsərin bir nüsxəsini Braziliya Milli Kitabxanasına göndərmək məcburiyyətindədir. Bu zərurət kolleksiyanın hər keçən gün daha da böyüməsini təmin edir.