Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-19 19:46:18
Robototexnika Olimpiadasına qeydiyyat başladı - Məktəblilərin nəzərinə  

Məktəblilərin nəzərinə: Robototexnika Olimpiadasına qeydiyyat başladı 

 AzEdu.az xəbər verir ki, 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti” ili elan olunmasını nəzərə alaraq Qərbi Kaspi Universiteti "ADR 100 – Məktəblilərarası LEGO xəttizləyən və Arduino sərbəst layihələri” robototexnika olimpiadasını həyata keçirir. Olimpiada şərtlərinə əsasən respublika məktəblərinin 5-11-ci sinif şagirdlərinin 2 nəfərlik komanda şəklində olimpiadada iştirakı nəzərdə tutulmuşdur. Hər komanda qeyd olunan 2 kateqoriyadan yalnız birində iştirak edə bilər. 

1. LEGO xəttizləyən

İştirakçı komandalar universitet tərəfindən təmin ediləcək olan LEGO EV3 robotları ilə onlara ayrılmış 2 saat ərzində xəttizləyən robot hazırlayıb əvvəldən təyin olunan xətt üzrə yarışacaqlar. 

Qeydiyyat linki:

https://forms.office.com/Pages/ResponsePage.aspx… 

2. Arduino sərbəst layihələri

İştirakçı komandalar qeydiyyatdan keçdikləri zaman hazırlayacaqları Arduino sərbəst layihəsi haqqında məlumat verəcək və universitet tərəfindən təmin olunacaq Arduino ilə onlara ayrılacaq olan müəyyən zaman ərzində öz layihələrini hazırlayıb münsiflər qarşısında təqdim edəcəklər. (Layihələrin məzmununa görə əlavə avadanlıqların istifadəsi icazə veriləcəkdir. Qeydiyyat bitdikdən sonra bu kateqoriya üzrə yarışa qoşulanlarla görüşlər keçiriləcəkdir.) 

Qeydiyyat linki:

https://forms.office.com/Pages/ResponsePage.aspx…