Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-19 09:39:00
Məcburi köçkün məktəbinin müəllimi İsraildə öyrəndiklərini burada tətbiq edəcək –Gələcəyin təhsili

“Yaxın gələcəkdə 5 rayonumuzda  STEAM mərkəzlərinin açılacağı gözlənilir”

Bu sözləri AzEdu.az-a açıqlamasında Laçın rayon Mişni kənd tam ota məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnar İsmayılova deyib.

O, STEAM layihəsi ilə bağlı İsraildə təlim keçərək xarici təcrübəni geniş şəkildə mənimsəyib.

Gülnar İsmayılova  layihə ilə bağlı təəssüratlarını AzEdu.az-la bölüşüb:

“Layihə barədə öncə Facebook-da məlumat aldım və yazılı olaraq  müraciət etdim. Daha sonra isə müsahibəyə dəvət olundum.  İcraçılar  təlimlərin İsraildə olacağını bildirdilər.

STEAM layihəsi hazırda Bakının bir sıra məktəblərində tətbiq olunur. Həmin məktəblərdə STEAM dərsləri keçirilir; oyun xarakterli olduğundan şagirdlərin marağını daha  çox cəlb edir.

STEAM “həyatın hər bir anında” demekdir. Mən məktəbdə uşaqları bu metodla  taniş edəndə onlara çox maraqlı gəlmişdi.

 Şagirdlər STEAM tədris edən müəllimlərin dərslərindən çıxmaq  istəmirlər. Yaxın gələcəkdə isə STEAM mərkəzlərinin 5 rayonumuzda açılacağı gözlənilir. Bu, çox sevindirici haldır. Belə  ki, təhsili inkişaf etdirməyə yönələn bu layihə artıq hər kəsin marağını cəlb edir.

İsrail təlimlərində öyrəndiyimiz yeni biliklər, metodologiyaları  burada  tətbiq edəcəyik. Bu, çox  məsuliyyetli işdir. Çünki söhbət uşaqların təhsilindən və onların şəxsiyyət olaraq  formalaşmasından gedir.Biz də müəllim olaraq bu amal üçün  çalışmalıyıq”.

O, İsraildə keçdiyi təlimlərdən söz açıb: 

“İsraildə təlimdə olduğumuz müddət ərzində Pbl, layihə əsaslı öyrənmə, Neyrosiens, Nanotexnology, 3D printer, Tinkercad Microbit, Biomimicry və s. təlimlər keçdik. Bütün bunlarla yanaşı, Peres İnnovasiya Mərkəzinə, İsrailin bir sıra məktəblərinə getdik. Bizə göstərilən diqqət və qayğıdan çox razı və məmnun halda geri döndük.

Məktəbimizdə  kompüter və  printer kimi texnoloji avadanlıqların heç biri yox idi. 2019-cu ildən isə bu problemlər aradan qaldırılıb. Çünki kompüter, printer və ağıllı lövhələr məktəb və şagirdlər üçün olduqca vacibdir. Artıq şagirdlərimiz üçün her şey daha da yaxşı olub.

Layihə rəhbərimiz İqrar Nəzərova, Hafiz Tofidiyə və ən əsası Təhsil Nazirliyinə göstərdikləri dəstək ücün  minnətdarlıq bildirirəm.Fəxr hissi ilə bildirmək istəyirəm ki, STEAM gələcək üçün uğurlu istiqamətdə olacaq”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları