Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-16 17:32:00
 Bakı məktəblərində fərqlənmə attestatı alanların sayı açıqlandı

“Bu il Bakıda 1433 nəfər fərqlənmə attestatı alıb”.

AzEdu.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib. O bildirib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 877, tam orta təhsil səviyyəsi üzrə isə 556 nəfər fərqlənmə attestatı ilə bitirib.

BŞTİ sədri həmçinin qeyd edib ki, bu il 15 məzun qızıl və gümüş medala layiq görülüb. Onun sözlərinə görə, Təhsil nazirinin müvafiq əmrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 14-ü qızıl, 1-i isə gümüş medala layiq görülüb.