Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-16 15:52:00
"Son  ildə bu qədər namizəd müəllim olmaq üçün sənəd verib"-  Nazirdən açıqlama 

"Azərbaycanda 500 baldan yüksək nəticə göstərən hər 4 nəfərdən biri müəllimlik ixtisasını seçir".

 AzEdu.az xəbər verir ki bu sözləri Təhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin əməkdaşlarına dövlət tətliflərinin təqdimetmə mərasimi zamanı deyib.

Ceyhun Bayramov müəllimlik peşəsinin nüfuzundan da söz açıb: "Hər il ölkədə müəllimlərin işə qəbulu müsabiqəsi keçirilir. Ötən il müəllim olmaq istəyənlər 12000 idisə, bu il 55000 nəfər olub. Ölkəmizdə müəllimlik rəqabətli peşəyə çevrilib".

Qeyd edək ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Bakı Dövlət Universitetinin (BDU) 100 illiyi münasibətilə bu təhsil müəssisəsinin təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları