Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-12 14:23:20
Nazir müavini: “Yeni ildə 6 günlük məktəblərdə neçə gün tətil olacağı hələ müəyyənləşməyib"  

“6 günlük dərs olan orta məktəblərdə Yeni ildə neçə gün bayram tətili olması hələ müəyyən edilməyib”.

AzEdu.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, hələlik bu məsələ ilə bağlı nazirlik qərar verməyib: "Hələlik həmin vaxta bir müddət var. Təhsil Nazirliyindən bu barədə məlumat veriləcək. Dərs günlərinin tənzimlənməsi ilə bağlı nazirlik məktəblərə məlumat verəcək". (APA.az)