Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-04 13:25:00
Şagirdlərimizin beynəlxalq reytinqdə irəliləməsi bilməli olduqları vacib qaydalar - PİSA

197 məktəbdən 6 827 şagird 2018-ci il üzrə keçirilən PISA proqramında iştirak edib

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmirullayev PİSA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının 2018-ci il üzrə nəticələri və beynəlxalq ikili diplom proqramlarına həsr olunmuş mətbuat konfransında deyib

O PISA barədə məlumat verərkən bildirib ki, imtahan müddəti iki saatdır:

“PISA imtahanı 2018-ci ildən elektron qaydada keçirilir. Bu qayda ilə şagirdlər daha rahat şəkildə imtahan vermək imkanı əldə ediblər.

7 və 10 sual olmaqla hər fənn üzrə qiymətləndirilmə həyata keçirilir

O, hər bir ölkənin intellektini göstərən bir proqramdır. Biz bu istiqamətdə təhsil siyasətini yeniləməliyik”.

Mətbuat konfransında həmçinin beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının və təhsil səviyyələrinin seçim meyarları media nümayəndələrinin nəzərinə çatdırılıb. Proqramın maliyyələşdirilməsi qaydaları barədə məlumat verilib.