Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-27 20:17:00
Suriyalı alimin Nəsimiyə həsr etdiyi monoqrafıyası Bakıda çap edildi

“Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyəti” İctimai Birliyinin təsisçisi və sədri, fəlsəfə üzrə elmlər doktoru Xatirə Quliyeva suriyalı alim və yazıçı Əbdülfəttah Rəvvas Qalaci Azərbaycan şairi İmadəddin Nəsiminin həyatı, poeziyası və fəlsəfi görüşləri haqqında yazdığı, 1991-ci ildə çap olunmuş elmi monoqrafiyasını orijinalda - ərəb dilində nəşr etdirib.

AzEdu.az  xəbər verir ki, bu barədə Xatirə Quliyeva məlumat verib. Onun sözlərinə görə, bir müddət əvvəl alim bu kitabını, eləcə də Nəsimiyə həsr olunmuş pyesinin yer aldığı “Yolu görən” kitabını Dostluq Cəmiyyətinə hədiyyə edib.

O qeyd edib ki, Əbdülfəttah Rəvvas Qalacini, Nəsiminin ərəb tədqiqatçısı Lamia əl-Jasseri, Hələb şəhərinin baş inşaat mühəndisi Əbdülrəhman əl-Jasseri və başqalarını internetdə yazışmalarla taparaq onlarla əlaqə yaradıb. “Nəsimi ili” ilə əlaqədar bu ərəb ziyalılarından eksklüziv məqalələr xahiş edib. Onların yazıları ölkəmizin mətbuatında geniş işıqlandırılıb.

Xatirə Quliyeva, həmçinin ərəb dilində yeni nəşr olunmuş bu kitabı AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı – Dəməşq Universitetinin yetirməsi Mahir Həmidovun Azərbaycan dilinə çevirdiyini və Əbdülfəttah Rəvvas Qalacinin “Hələbin yaqutu - İmadəddin Nəsimi – həyatı, poeziyası, fəlsəfi görüşləri” monoqrafiyasının artıq çap prosesində olduğunu bildirib. Cəmiyyətin sədri vurğulayıb ki, Şərqşünaslıq İnstitutu Əbdülfəttah Rəvvas Qalacinin dahi şairimizə həsr etdiyi pyesini də tərcümə etməyə razılıq verib.