Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-12 11:12:00
NASA Marsa helikopter göndərəcək

ABŞ-ın Aeronavtika və Kosmik Məkanın Tədqiqi Milli İdarəsi (NASA) 2020-ci ildə Marsa helikopter göndərəcəyini bəyan edib.

AzEdu.az BBC News-a istinadən xəbər verir ki, helikopter Marsda həyatın mövcudluğunun mümkünlüyünü araşdıracaq.

Helikopter Qırmızı planeta 2020-ci ildə yola salınacaq və 2021-ci ildə ona çatacaq. O, digər planetdə istifadə olunacaq havadan ağır ilk apparat olacaq. Apparat üzərində dörd il işlər aparılıb, onun çəkisi 1,8 kiloqramdır.