XƏBƏRLƏR

22.11.2019 21:37
Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşdü

Təhsil naziri Ceyhun Bayramov bu gün Bakı şəhəri 72 nömrəli məktəb-liseydə bir qrup valideynlə görüşüb.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə,  görüşdə nazir ümumi təhsil müəssisələrində məktəb proqramının yüklülüyü, şagird sıxlığı, növbəlilik, şagirdlər və şagird-müəllim-valideyn arasında olan münasibətlər, yeməkxanalara nəzarət və məktəbin fəaliyyəti ilə bağlı digər məsələləri valideynlərlə müzakirə edib.

Ceyhun Bayramov müvafiq istiqamətlərdə nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Nazir, həmçinin məktəb-valideyn əməkdaşlığı, uşaqların tədris nailiyyətlərində valideynlərin rolu, məktəbdənkənar fəaliyyətin önəmini vurğulayıb.

Görüşdə nazir valideynləri maraqlandıran sualları cavablandırıb, onların rəy və təkliflərini dinləyib.

Qeyd edək ki, yeni tədris ilindən Təhsil naziri məktəblərdə valideynlərlə mütəmadi görüşlər keçirir.

İlin gənc müəllimi-Müraciət formu