Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-18 09:14:00
Alimlər Naska səhrasında yeni rəsmlər kəşf etdilər – FOTO

Yaponiyanın Yamaqata universitetinin alimləri Cənubi Amerikada yerləşən Naska səhrasında 143 yeni geoglif aşkar ediblər.

 AzEdu.azRİA Novosti”-ə istinadla xəbər verir ki, rəsmlərdə heyvanlar və insana bənzər məxluqlar əks olunub.

Səhranın qərbində yerləşən yeni rəsmlər 3D analizi ilə müəyyən edilib.

 Geogliflər e.ə.100-cü ildən b.e. 300-cü ilinə qədər tarixlənir.

Naska səhrasının rəsmləri XVI-cı əsrdə ispan işğalçıları tərəfindən aşkar edilib və “yol nişanları” kimi qeydə alınıb.