XƏBƏRLƏR

13.11.2019 14:02
“Asiya ayı 2019” beynəlxalq vikimarafon keçirilir

“Asiya ayı 2019” çərçivəsində beynəlxalq vikimarafon keçirilir.

AzEdu.az ict.az saytına istinadla xəbər verir ki, “Asiya ayı 2019” “Vikipediya”da keçirilən onlayn layihədir. Layihənin əsas məqsədi Asiya ölkələri və regionları (öz ölkən istisna olmaqla) haqqında məqalələr yaratmaq və həmin mövzuda olan məqalələri genişləndirməkdir. Layihədə “Vikipediya”da qeydiyyatdan keçmiş istənilən istifadəçi iştirak edə bilər. Qaydalara uyğun olaraq, 4 və daha artıq məqalə yaradan istifadəçi digər ölkələrin istifadəçilərindən məlumatlar alacaq.

Ən çox məqalə yaradan istifadəçi isə “Vikipediya Asiya səfiri” adına layiq görüləcək.

Qeyd edək ki, 2015-ci ildən həyata keçirilən bu layihə hər il noyabrın 1-dən 30-dək davam edir. Bu il noyabrın 12-nə olan məlumata görə, “Vikipediya”da 18 iştirakçının 85 məqaləsi yerləşdirilib.

İlin gənc müəllimi-Müraciət formu