Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-13 09:08:00
Professor  dövrün ən yaramaz və mənasız işlərini sadaladı

 

Çalışdığı işin mənasız  heç nəyə yaramadığını düşünən insanlar da  kifayət qədərdir. Amma qədim yunan filosofu Demokrit demişkən, “Hər hansı iş hərəkətsizlikdən yaxşıdır”.

AzEdu.az xəbər verir ki, jurnalist Rizvan Qənbərli sosial şəbəkə hesabında antropologiya  üzrə professor olan Devid Qreyberin mənasız işlər haqqında  fikirlərini paylaşıb. Rizvan Qənbərli vurğulayıb ki, Devid Qreyber “Bullshit Jobs: A Theory” adında kitab yazır və gic, mənasız işləri nəzəriyyələşdirib, beş kateqoriyada toplayıb:

“Antropologiya professoru olan David Graeber bir neçə il əvvəl sosial mediada bir elan paylaşır. Gördüyü işin mənasız olduğunu, heç nəyə yaramadığını düşünənlərdən xahiş edir ki, verdiyi e-mail ünvanına gördükləri iş haqqında məlumat göndərsinlər, niyə öz işlərini mənasız hesab etdiklərini də yazsınlar. Gələn mailləri oxuyub incələdikdən sonra da “Bullshit Jobs: A Theory” adında kitab yazır və gic, mənasız işləri nəzəriyyələşdirib aşağıdakı beş kateqoriyada toplayır:

 “Flunkies” – yaltaqlar. Başqaları özlərini daha yaxşı hiss etsin, şirkətlər nüfuzlu görünsün deyə uydurulmuş işlərlə məşğul olurlar. Şəxsi asistentlər, resepşın, qapı açıb-bağlayanlar, otellerdəki “concierge” işçiləri bu qrupa daxildir.

“Goons” - özünü yeyib dağıdanlar. Bunlar şirkət hüquqşünasları, reklam, marketinq, PR əməkdaşları, SMM kimi şirkətin daha çox pul qazanması üçün dəridən qabıqdan çıxıb, kraldan çox kralçılıq edənlərdir.    

“Duct-tapers” – “skoç” məmurları. İşi başdan düzgün görməyənlər sayəsində ortaya çıxan problemləri həll edən proqramçılar, santexniklər, təmir ustaları nəzərdə tutulur. Sayt error verəndə, mühasibatlıq proqramı səhv işləyəndə, yoldakı asfalt dağılanda, su borusu xarab olanda çağrılan ekspertlərdir.

“Box-tickers” – Qutu taqqıldadanlar. Boş-bekar şöbələr, şirkətlərin nəyləsə məşğul olduğunu göstərməyə çalışanlardır. Audit, performans ölçmə ekspertləri, işi kitabına görə yoxlayan nəzarət-təftişçilər, nəyisə araşdırmaq üçün qurulan komissiyaların çayxana müdavimləridir.

“Taskmasters” – kağız-kuğuz işini artıranlardır. Başqalarına mənasız işlər tapşırıb nəzarət edən menecerlər, HR əməkdaşları, strateji inkişaf müdirləri, hər darıxanda təlim mövzusu uydurub inkişaf kursları verənlər də bu qrupdadırlar.