Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-12 17:40:00
Dünyanın ən məşhur robotları Bakıya gələcək

Bakıda keçiriləcək 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində (“Bakutel-2019”) ilk dəfə olaraq “Robopark” təşkil olunacaq.

AzEdu.az-ın sərgi təşkilatçılarına istinadən verdiyi məlumata görə, “Robopark” çərçivəsində ən yeni və son robot modelləri nümayiş olunacaq. Onların sırasında Las-Veqasdan “Pepper Humanoid” robotu, robot-rəssam, 6 metrlik uçan astronavt və robot pianoçu yer alıb. Həmçinin “Robopark”da müxtəlif sumo, güləş və dron yarışları, kosmo-zona və 20-dən çox digər interaktiv zonalar təşkil olunacaq.

Qeyd edə ki, sərgi 3-6 dekabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək. (Apa.az)