XƏBƏRLƏR

06.11.2019 14:05
“Nazir  fəaliyyətimdən  tam razı qalmışam”-  Misir Mərdanov

“15 il nazir işlədiyim müddətdə fəaliyyətimdən tam razı qalmışam”

AzEdu.az xəbər verir ki, bunu sabiq Təhsil naziri Misir Mərdənov İctimai Tv-nin efirində yayımlanan “3D” verilişində qonaq olarkən deyib. O, bildirib ki, təhsildən dünyanın heç bir ölkəsində heç kimtam razı deyil:

“Mən fəaliyyət göstərdiyim dövrdə razılıqlar da olub, narazılıqlar da. Bu kimi hallar gələcəkdə də baş verəcək. Bu normaldır. Çünki ölkənin bütün ailələri təhsillə sıx bağlıdır.

15 il nazir işlədiyim müddətdə fəaliyyətimdən razı qalmışam. Fikrimcə, imkanlarım daxilində ölkəmizdə təhsilin inkişafına xidmət etməyə çalışmışam. Bunu tam səmimi deyirəm. Bu illər ərzində elə bir səhvim olmayıb ki, indi onu düzəltmək istəyim”.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu