XƏBƏRLƏR

20.10.2019 16:19
Yaponiya Ay proqramını həyata keçirmək üçün NASA-ya kömək edəcək

Onlar yapon astronavtlarının Aya səfər edə biləcəyinə ümid edirlər

Sentyabr ayında NASA və Yaponiyanın aerokosmik tədqiqatlar agentliyi (JAXA) Artemis proqramı çərçivəsində birlikdə işləmək niyyətində olduqlarını elan ediblər. İndi isə bu niyyət rəsmi təsdiq alıb — Yaponiya Hökuməti NASA-nın həyata keçirdiyi Lunar Gateway layihəsinin reallaşdırılmasına yardım haqqında ölkənin kosmik siyasət komitəsinin tövsiyyələrini qəbul edib.

AzEdu.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiya tərəfinin nümayəndəsi deyib: "Biz Birləşmiş Ştatlarla etibarlı münasibətləri möhkəmləndirmək üçün niyyətimizi erkən mərhələdə müəyyənləşdirmişik və bunun sayəsində Yaponiya astronavtlarının Aya səyahətdə iştirak edə biləcəyini gözləyirik".

The Yapon Times-in məlumatına görə, Yaponiya, kosmonavtların Ay üzərindəki çalışmaları zamanı müvəqqəti qalacaqları yer kimi Lunar Gateway stansiyasının tikintisi üçün texniki əməkdaşlıq təklif edəcək. Yaponiya digər məsələlərlə yanaşı, həyat təchizatı sistemləri, kondisioner avadanlıqları və batareyalarla təmin edəcək. Lakin, komitənin böyük xərclərdən ehtiyat edərək stansiyanın tikintisində NASA-ya kömək etmək qərarına etiraz etməsi barədə şayiələr də var.

İlin gənc müəllimi-Müraciət formu