Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-14 13:55:00
Dünya çempionu olan şahmatçımızın məktəb direktoru: "Onu burada sürpriz gözləyir"  

Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlıların yarışına ilk turlardan liderlik edən Aydın Süleymanlı sonuncu turda Qazaxıstan təmsilçisi Sultan Amanzolu məğlubiyyətə uğradaraq çempion tituluna sahib olub.

Aydın Süleymanlının oxuduğu 249 nömrəli məktəbin direktoru Nizami Bayramov şagirdinin dünya çempionu olması ilə bağlı təəssüratlarını AzEdu.az-a danışıb.

“Mən ona fizika fənnindən dərs keçirəm. Çox ağıllı, tərbiyəli, təmkinli, nizam-initzamlı şagirddir. İkiqat Avropa çempionu, müxtəlif  yarışların qalibi,  indi də dünya çempionu olub. Biz Aydından bu nailliyyəti gözləyirdik. Məktəb  rəhbəri, həm də bir azərbaycanlı olaraq qürur duyuruq ki, Azərbaycanı gələcəkdə beynəlxalq arenalarda təmsil edəcək gənclərimiz var. Aydın mütəmadi olaraq beynəlxalq yarışlarda, məşqlərdə iştirak edirdi”.

Direktor qeyd edib ki, şahmata olan həvəs Aydının digər fənləri oxumağına mənfi təsir göstərmir. O, digər fənnləri də maraqla oxuyur:

“Onun bütün paramterləri əsl şagird nümunəsidir. İstər həyat təzri, istərsə də təhsil həyatı çox nizam- intizamlıdır. Həm də maraqlı uşaqdır. Görünür onun istedadı nəsildən-nəslə keçən irsi  prosesdir. Onun babası, indi adını daşıdığı Aydın müəllim fiziki- riyaziyyat professorudur, nənəsi görkəmli pedaqoq, ingilis dili müəllimidir. Mən onun ailəsini tanıyıram, ailədə ona qarşı diqqət, qayğı lazımı səviyyədədir. Həm ailə, həm dövlət tərəfindən yaradılmış şərait imkan verir ki, onun potensialı ortaya çıxsın. Bu uğur nə qədər sevindirici olsa da, bir o qədər də gözləniləndir.  Bu kimi mənəvi aləmin Aydına böyük təsiri var. Təbii ki, bu qələbədə onun özünün əzmi, çalışqanlığı danılmazdır. Şahmat elə bir idman növüdür ki, burda ağıl, düşüncə,təmkin lazımdır. Bu keyfiyyətlərdən biri olmasa, o, bu gün əldə etdiyi nailliyyəti qazana bilməzdi”.

N.Bayramov inanır ki, şagirdi gələcəkdə Teymur Rəcəbov, Şəhriyar Məmmədov kimi adı çəkilən şahmatçılar sırasında olacaq.

“Cənab Prezindentin bütün sahələrdə olduğu kimi idman sahəsində də yaratdığı şərait imkan verir ki, potensiali olan istənilən bir gənc böyük uğurlar qazansın. Məktəbimizdə şahmatla maraqlanan,  müxtəlif  yarışlarda nailliyyət qazanan şagirdlərimiz çoxdur. Eləcə də başqa sahələrdə. Bizə qalan həmin uşaqların bacarıqlarını kəşf etmək və onları düzgün istiqamətləndirməkdir. Aydının qazandığı bu uğur yaşıdlarına da motivasiya olacaqdır. Şahmatçı olmaq istəyən  şagirdlər öz işlərini, çalışmalarını ikiqat artıracaqdır”.

Direktor məktəbdə mükafatlandırmanın hələ təşkil olunmadığını , məktəb kollektivi sinif yoldaşları ilə birlikdə Aydına surpriz hazırlandığını bildirib. Bununla yanaşı məktəbin nəzdində tədbirlər keçirərək onu daha geniş miqyasda qiymətləndirmək nəzərdə tutulub.

Ayşə Müseyib