Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-12 12:27:00
“EduExpo” çərçivəsində “Azərbaycanda Erasmus+” mövzusunda təqdimat keçirilib

Bakı Ekspo Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi (“EduExpo”) çərçivəsində "Azərbaycanda Erasmus+" mövzusunda təqdimat olub.

AzEdu.az xəbər verir ki, təqdimatı Azərbaycanda Milli "Eràsmus +" ofisinin direktoru Pərviz Bağırov edib. O, "Erasmus+" proqramının Azərbaycan universitetləri üçün verdiyi imkanlar, mövcud proqramlar və onlara qəbul şərtləri ilə bağlı ali məktəb nümayəndələrini məlumatlandırıb.

Pərviz Bağırov bildirib ki, "Erasmus+" Avropa İttifaqının xaricdə təhsil almaq üçün gənclərə dəstək olan ən böyük təhsil proqramıdır. Proqram Azərbaycandan hər il 1000 nəfərə xaricdə pulsuz təhsil almaq imkanı verir. "Erasmus+" ofisi ölkəmizdə təhsil siyasətinin inkişafını yaxından izləyir.

İnteraktiv şəkildə təşkil olunan təqdimatda iştirakçıların sualları cavablandırılıb. (Azərtac)