XƏBƏRLƏR

26.09.2019 13:42
8 nəfər məmur olmaq arzusunu reallaşdırdı   

Ümumilikdə 12 dövlət orqanında 65 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 2-də elan olunmuş ümumi müsahibə davam edir.

AzEdu.az DİM-in saytına istinadla xəbər verir ki, sentyabrın 26-sı saat 14:15-ə olan göstəricilərə görə, ümumi müsahibədə iştirak etmiş 8 nəfər uğur qazanıb. Onlardan 4-ü Maliyyə Nazirliyində, 2-si Milli Arxiv İdarəsində, 2 nəfər isə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində müxtəlif vəzifələrə uyğun bilinib.

Qeyd edək ki, ümumi müsahibəyə sənəd qəbulu sentyabrın 2-də yekunlaşıb və 183 nəfərin müraciəti qeydə alınıb. Sentyabrın 23-də başlanan ümumi müsahibə noyabrın 15-də başa çatacaq.

İlin gənc müəllimi-Müraciət formu